İqtisadi gündəm
“Rusiya Qarabağ ətrafında toqquşmalara qarışmayacaq”
“Azərbaycan 2015-ci ildə Qarabağda status-kvoya etiraz etməyə çalışacaq. Əsas diqqətini daxili və iqtisadi məsələlərə yönəldəcək Rusiya çətin ki, Qarabağ ətrafındakı toqquşmaları qarışsın”.
Publika.az xəbər verir ki, bu barədə Amerika strateji analitik mərkəzi “Stratfor”un məruzəsində deyilir.
“Sərhəddə daha çox gərginlik gözlənilir, amma qonşuların cəlb edilməsi ilə irimiqyaslı hərbi əməliyyatlar ağlasığmazdır”, - məruzədə deyilir.
“Stratfor”un ekspertləri proqnozlaşdırır ki, Ukrayna böhranına görə Rusiya və Qərb arasında yaranan ziddiyyətlər 2015-ci ildə post-sovet ölkələrinə yayılmağa davam edəcək.
“Gürcüstanda siyasi qeyri-sabitlik müşahidə olunacaq. Çünki “Gürcü arzusu” koalisiyası daxilində bölünmə var. Amma bu fakt ölkənin NATO və Avropa Birliyi ilə əməkdaşlığın genişlənməsinə təsir etməyəcək. Avrasiya İqtisadi İttifaqı iqtisadi və təhlükəsizlik planında inteqrasiyanı möhkəmləndirəcək. Ancaq ittifaqa üzv ölkələr Rusiyadakı iqtisadi böhranın mənfi effektini hiss edəcək. İqtisadi problemlər etirazlara səbəb olacaq. Belarus Rusiya ilə güclü hərbi münasibətləri dəstəkləyərək Avropa ilə daha sıx iqtisadi əlaqələri qaydaya salmağa çalışacaq”, - analitik mərkəzin məruzəsində deyilir.
Ömər Dağlı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?