Azərbaycan prezidentini 16 türk dövlətinin əsgərləri qarşıladı – FOTO (VİDEO)
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan prezidentini 16 türk dövlətinin əsgərləri qarşıladı – FOTO (VİDEO)

Türkiyəyə səfər edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident Sarayında “Diriliş Marşı” ilə qarşılanıb.

Publika.az-ın Türkiyə “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan dövlət başçısı “Mərhəba əsgər” deyərək türk əsgərlərini salamlayıb.

Azərbaycan prezidentinin qarşılanma mərasiminə Türkiyə baş nazirinin köməkçisi Yalçın Akdoğan, xarici işlər naziri Mövlüd Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız da qatılıb.

Qarşılanma mərasimində 16 türk dövlətinin tarixi paltarlarını geyinən əsgərlər də iştirak edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm