İqtisadi gündəm
Prezident: “Türkiyəyə qoyulacaq sərmayənin həcmi 20 milyarda çatacaq”
"İqtisadi sahədə gözəl əməkdaşlıq var. Bu gün Strateji Əməkdaşlıq Şurasının iclasında rəqəmlər səsləndi. Son illərdə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana milyardlarla dollar sərmayə qoyulmuşdur. 2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
İlham Əliyev bildirib ki, Türkiyə şirkətləri Azərbaycanda uğurla
fəaliyyət göstərirlər və 10 milyard dollar həcmində layihələr icra
ediblər: "Əlbəttə ki, Cənub Qaz Dəhlizinin icrası enerji
sahəsindəki əməkdaşlığı daha da dərinləşdirəcək və burada biz artıq
çoxtərəfli əməkdaşlığa qədəm qoyuruq. Burada Türkiyə, Azərbaycan,
Gürcüstan və Cənub Qaz Dəhlizinin digər üzvləri fəal birgə
fəaliyyət göstərməlidirlər. Gələn ay Bakıda Cənub Qaz Dəhlizinin
1-ci Məşvərət Şurası keçiriləcək. Şuranın iclasında bu layihənin
icrası ilə bağlı konkret dəqiq tövsiyələr veriləcək".
Prezident qeyd edib ki, Cənub Qaz Dəhlizinin təməli İstanbulda
təxminən 3 il bundan əvvəl qoyulub: "Əziz qardaşımla biz TANAP
layihəsinə imza atdıq və TANAP layihəsi əslində Cənub Qaz
Dəhlizinin bel sütunudur, yəni təməlidir. Beləliklə, bizim qəbul
etdiyimiz qərar bu gün dünyanın çox böyük layihəsinə çevrilmişdir.
Cənub Qaz Dəhlizi və “Şahdəniz” yatağının işlənməsi hazırda ən
böyük infrastruktur layihəsidir. Bu layihəyə ümumilikdə 45 milyard
dollar sərmayə qoyulacaqdır".
Dövlət başçısı daha sonra bildirib: "Digər məsələlərə gəldikdə qeyd
etməliyəm ki, həm Bakı-Tbilisi-Qars dəmir yolu, həm də digər
layihələr vaxtlı-vaxtında icra ediləcək və bu gün müzakirə olunan
hər bir məsələ özlüyündə nəhəng, böyük bir layihədir. TANAP,
Bakı-Tbilisi-Qars və digər layihələr strateji əhəmiyyətə malikdir
və burada Türkiyə və Azərbaycan aparıcı rol oynayırlar. Əminəm ki,
bütün bu layihələr vaxtlı-vaxtında icra ediləcək. Bu il Türkiyədə
bir neçə tədbir olacaqdır - Çanaqqala tədbiri, TANAP layihəsinin
icrası ilə bağlı tədbir və digər tədbirlər. Yəni ki, Allah nəsib
edərsə, bu il biz Türkiyədə tez-tez olacağıq. Əziz qardaşımı, təbii
ki, Azərbaycana bir daha dəvət edirəm. Bizim görüşlərimiz tez-tez
keçirilir və bu görüşlər xalqlarımızı daha da birləşdirir,
ölkələrimizi birləşdirir və Türkiyə-Azərbaycan gücünü daha da
artırır".
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub