İqtisadi gündəm
Qarabağda müharibə heç 1 ay çəkməyəcək
“Ermənistan qanunları rus hərbçilərinə Yaponiya
qanunlarının Okinava adasındakı ABŞ hərbçilərinə aid olunduğu qədər
aidiyyəti var”.
ANS PRESS-in məlumatına görə, bunu məşhur rusiyalı siyasi analitik Oleq Kuznetsov Vesti.az portalına müsahibəsində deyib.
O, Gümrüdə bir ailənin 6 üzvünü qətlə yetirən rusiyalı əsgər Valeri Permyakovun bağışlanmaz cinayət törətdiyini inkar etməyib: “Ona görə də Ermənistan ictimaiyyətinin etirazları heç bir səmərə verməyəcək və mitinqdə plakat qaldırmaqdan o yana keçməyəcək”.
O.Kuznetsov V.Permyakovun hazırda Rusiya hərbi ədliyyəsinin əlində olduğunu nəzərə çatdırıb: “Bir müddət sonra onu ömürlük həbs cəzasını çəkmək üçün Komi Respublikasına və ya Arxangelsk vilayətinə göndərəcəklər. Orada isə “qisas” almaq və ya “haqq-hesab” çəkmək problemli olacaq”.
Siyasi analitik Ermənistan müxalifətinə xəbərdarlıq etməyi də
unutmayıb: “Hazırkı millətçi müxalifət sıralarından kimsə bazanı
mühasirəyə almağa cəhd etsə, o zaman onlara 1989-cu ilin payızında
baş verən hadisələri xatırlatmaq istəyirəm. Həmin vaxt “Krunk”
hərəkatının yaraqlıları Ermənistan SSR DTK-nın binasını mühasirəyə
almağa cəhd etmişdilər. Ermənistanın bütün siyasi elitası o
hadisələri yaxşı xatırlayır. Hətta indi qadın və uşaqları zirehli
texnikanın təkərləri altından çəkməyə də imkan tapa bilməzlər”.
O.Kuznetsov müsahibəsində ermənilərin Xocalıda törətdiyi qətliamı
da xatırladıb: “Gümrüdə rus hərbçisi körpə uşağa da rəhm etmədən
bir ailəni qətlə yetirib. Məgər eyni şeyi 1992-ci ilin fevralında
Dağlıq Qarabağdakı erməni separatçıları azərbaycanlılara qarşı
törətməmişdi? Gümrüdə baş verən qətldən sonra bu gün Ermənistanın
yaşadığı şoku Azərbaycan Xocalı faciəsindən sonra yaşamışdı. Ona
görə də Ermənistan Xocalıda dinc sakinlərin qətlində günahkar olan
cinayətkarları Azərbaycana təslim etmədikcə, Permyakovun İrəvana
təhvil verilməsini tələb etməyə heç bir mənəvi haqqı yoxdur. Belə
demək olarsa, Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhaliyə qarşı
tətbiq etdiyi zorakılıq bumeranqını bu gün Gümrüdə geri aldı”.
Analitikin fikrincə, bu gün Rusiyanın Gümrüdəki hərbi bazası
Ermənistanın mövcudluğunun yeganə qarantıdır: “Rusiya hərbi
bazasının və sərhədçilərinin Türkiyə ilə sərhəddən çəkilməsi
Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlar üzərində
Azərbaycanın dərhal nəzarətini bərpa etməsi deməkdir. Çünki
Rusiyanın hərbi-texniki dəstəyi olmadan Ermənistan hərbi
əməliyyatlara heç bir ay da duruş gətirə bilməz. Eyni zamanda Serj
Sarkisyanın Qarabağ klanı onu sevməyən İrəvan siyasətçiləri ilə
üzbəüz qalar və nəinki bir neçə aydan, hətta bir neçə həftədən
sonra hakimiyyətdən məhrum olar”.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı