İqtisadi gündəm
“Qanlı Yanvar” təqdim olundu - FOTO, VİDEO (YENİLƏNİB)
“Nizami” kino mərkəzində rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filmi tədim olunub.
Publika.az xəbər verir ki, filmin yaradıcı heyəti əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib, abidə önünə əklil qoyublar. Daha sonra Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub, abidəsi önünə əklil qoyulub. Filmin nümayişindən sonra ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev mərasimi açıq elan edərək, sözü “Qanlı Yanvar” filminin ssenari müəllifi və rejissoru Vahid Mustafayevə verib. V.Mustayevin çıxışından sonra səhnəyə filmin yaradıcı heyəti dəvət edilib. Ardınca Nebahat Çehrə, Vahid Mustafayev, Faiq Mirzəyev, L.Deyvis, A.Aydəmir jurnalistlərin suallarını cavablandırıblar.
Filmin təqdimat mərasiminə yaradıcı heyətlə yanaşı, bir çox rəsmi
şəxslər, millət vəkilləri, ziyalılar, 20 Yanvar şəhidlərinin ailə
üzvləri, KİV nümayəndələri qatılıblar.
Film nümayiş olunandan sonra məşhur aktyorlar Nəbahət Çehrə və Leyn Deyvis filmlə bağlı fikirlərini bildirdilər.
Nəbahət Çehrə dedi ki, film onu çox duyğulandırdı: "Azərbaycanın
müstəqilliyi uğrunda can verənlərin yeri cənnətdir. Filmi
izləyərkən gözlərim doldu".
Amerikalı aktyor Leyn Deyvis isə bildirdi ki, Azərbaycanda olmaqdan
və bu ölkənin tarixini öyrənməkdən qürur hissi keçirir.
Mərasimin sonunda rejissor Vahid Mustafayev filmin yaradıcı
heyətinə təşəkkür etdi.
Qeyd edək ki, “Qanlı yanvar” filminin əsas süjet xəttini real
hadisələr təşkil edir. Ekran əsəri bir neçə baş rol qəhrəmanının
timsalında xalqın müstəqillik idealları uğrunda mübarizəsini
canlandırır. 1990-cı ilin yanvarında baş verən hadisələrin təsvir
olunduğu filmdə təcavüzkar ordunun Bakıya soxulması və qanlı qırğın
törətməsini əks etdirən dramatik səhnələr yer alıb.
Qanlı yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid
Mustafayev filmdə real hadisələri canlandırmağa və insanları bu gün
də düşündürən bir sıra suallara cavab tapmağa çalışıb.
Qeyd edək ki, “Qanlı Yanvar” filmi bir çox ölkələrdə nümayiş olunacaq, Azərbaycanı nüfuzlu Beynəlxalq Film festivallarında təmsil edəcək. Tamaşaçılar “Qanlı yanvar” filmini 20 yanvar 2015-ci il tarixindən etibarən, paytaxt da daxil olmaqla, ölkə kinoteatrlarında izləyə bilərlər.
İntiqam Valehoğlu
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO