Millət vəkili “Park Cinema”ya etiraz etdi - FOTO
Bizi izləyin

İqtisadi gündəm

Millət vəkili “Park Cinema”ya etiraz etdi - FOTO

“Hər birimiz xalqımızın sevincini də, kədərini də yaşamağı bacarmalıyıq. Sözdə deyil, işdə bunu göstərməliyik”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Fuad Muradov öz Facebook səhifəsində 20 Yanvar - xalqımızım ümummilli hüzn günündə Park Cinemada kinokomediya nümayiş etdirilməsinə münasibət bildirərkən yazıb.

“Unutmamalıyıq ki, atdığımız hər bir addımı gənclər izləyir, gənclər görür. Yəni gənclərin tərbiyə olunmasında, formalaşmasında hər kəsin rolu var. Gənclərə örnək olmaq üçün örnək olacaq addımlar atmalıyıq. Mən bu hüzn günü xalqımızın dərdinə şərik çıxmayanları qınayıram. Belələri öz səhvlərini anlamalıdırlar. Bu, düzələn səhvlərdir. Səhv edənlər özlərini düzəltməlidirlər”, - millət vəkili əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm