Azərbaycan Ordusu güclülər siyahısında
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan Ordusu güclülər siyahısında

“Global Firepower” saytı dünyanın ən güclü ordularının siyahısını dərc edib.

Publika.az-ın məlumatına görə, 106 ölkənin ordusu sırasına Cənubi Qafqzdan siyahıya yalnız Azərbaycan və Gürcüstan Ordusu daxil edilib. Azərbaycan 50-ci, Gürcüstan isə 64-cü yerdə göstərilib. Ermənistan Ordusu isə ümumiyyətlə siyahıya düşməyib.

Siyahı tərtib edilərkən ordunun quruda, havada və dənizdə imkanları əsas götürülüb.

ABŞ ordusu yenə də dünyanın ən güclüsü olub. İkinci yerdə Rusiya, üçdə Çin ordusu qərarlaşıb. Sonrakı yerləri isə ardıcıl olaraq Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya, Yaponiya orduları tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm