İqtisadi gündəm
"Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır"
"Azərbaycan Avropanın, həmçinin Almaniyanın enerji təhlükəsizliyində böyük rol oynayır. Biz bunu yüksək qiymətləndiririk. Biz Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyirik".
Trend-in Almaniyaya ezam olunmuş müxbirinin məlumatına görə,
bunu Almaniya Kansleri Angela Merkel Berlində Azərbaycan Prezidenti
İlham Əliyevlə birgə keçirilən brifinqdə deyib.
A.Merkel bildirib ki, Azərbaycan Prezidenti ilə görüşdə bir çox
məsələlər ətrafında fikir mübadiləsi aparıblar, geosiyasi vəziyyəti
müzakirə ediblər: "Biz Dağlıq Qarabağ münaqişəsi barədə danışdıq.
Avropa Şurasının, Avropa İttifaqının bu məsələdə töhfə verə
biləcəyini müzakirə etdik. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh
yolu ilə həll oluna bilər".
O, həmçinin bildirib ki, görüşdə Azərbaycanın Avropa İttifaqı ilə
əməkdaşlığını davam etdirməsi, Şərq Tərəfdaşlığı çərçivəsində
münasibətlərin genişləndirilməsi barədə də müzakirələr
aparılıb.
Almaniya Kansleri qeyd edib ki, Azərbaycanla Almaniya arasında 2,5
milyard avro həcmində ticarət dövriyyəsi mövcuddur.
Azərbaycan-Almaniya münasibətləri barədə sualları cavablandıran
A.Merkel deyib ki, Almaniya Azərbaycanın infrastruktur
layihələrinin həyata keçirilməsində yaxından iştirak edə bilər.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO