Avropa Rusiyanı Qarabağın işğalında günahkar kimi tanımağa qərar verdi – Rəy
Bizi izləyin

İqtisadi gündəm

Avropa Rusiyanı Qarabağın işğalında günahkar kimi tanımağa qərar verdi – Rəy

“Avropa Birliyi və Almaniya Federativ Respublikası Moskvanı Azərbaycan torpaqlarının işğalında günahkar olaraq təqdim etməyə qərar verib”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfəri və Almaniya kansleri Angela Merkellə görüşünü şərh edən “vestikavkaza.ru” saytının Avropa bürosunun rəhbəri Orxan Səttarov deyib.

Azərbaycan Respublikasının Prezidenti yanvarın 20-21-də Berlində Münhen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik, xarici işlər naziri Frank-Valter Ştaynmayer, Almaniya kansleri Angela Merkel, həmçinin Bundestaqın deputatları və və Almaniya-Azərbaycan forumunun üzvləri ilə görüşüb.

Azərbaycan dövlət başçısı ilə keçirdiyi birgə mətbuat konfransında Almaniya kanslerindən Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam edən Ermənistana qarşı sanksiyaların daxil edilməsinin mümkünlüyü soruşulub. Jurnalist bildirib ki, başqa dövlətlərin ərazi bütövlüyünü pozan ölkələrə qarşı Avropa Birliyi iqtisadi və siyasi xarakterli müxtəlif sanksiyalar tətbiq edir, amma qurumun eyni yanaşması erməni işğalına münasibətdə müşahidə olunmur. Jurnalistin bu sualına Merkelin cavabı kifayət qədər gözlənilməz oldu:

"Biz Dağlıq Qarabağ mövzusunda prezidentlə danışdıq. Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür. Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini yaxından izləyir və bu istiqamətdə aparılan danışıqları dəstəkləyir. Bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır. Biz görürük ki, prezident Əliyev danışıqların aparılmasına hazır olduğunu göstərərək erməni həmkarı ilə dəfələrlə görüşüb. Mən düşünürəm ki, Rusiya bu münaqişədə son rolu oynamır. Onu nəzərə alaq ki, münaqişədə Rusiya və Ermənistan bəzi şeyləri birgə edir. Siz ona əsaslana bilərsiniz ki, Avropa Birliyi və Almaniya olaraq vahid yanaşmalara tərəfdarıq”.

“Beləliklə, Merkelin məntiqindən çıxış etsək, bu cür alınır ki, Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə Moskvanı yalnız Ukrayna hadisələrinə görə deyil, həm də Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı mövqeyinə görə cəzalandırır. Təbii ki, başqa cür izah etmək mümkün deyil. Axı Avropa Birliyi kimi Almaniya da Ukrayna hadisələrinə qədər Dağlıq Qarabağ münaqişəsində Moskvanın vasitəçilik səylərini həmişə yüksək qiymətləndirirdi. Avropa Birliyi heç vaxt Rusiya Federasiyasına qarşı Qarabağ münaqişəsi kontekstində hər hansı sanksiyalar barədə fikirləşmirdi”, - Orxan Səttarov qeyd edib.

“Vestikavkaza.ru” saytının Avropa bürosunun rəhbəri hesab edir ki, Almaniya kanslerinin mətbuat konfransında manevri uğurlu deyildi: “Avropa Birliyi və Almaniya məhz Moskvanı Azərbaycan torpaqlarının işğalında günahkar hesab edərək Ermənistana toxunmur. Hətta Merkellə razılaşsaq ki, Rusiya Azərbaycan torpaqlarını işğalda saxlamaqda Ermənistanı həvəsləndirir, o halda sanksiyalar niyə yalnız xəyali “sifarişçi” ilə bağlı tətbiq edilir, amma aşkar “icraçı”ya qarşı tətbiq edilmir? Məhz bu baxımdan da Avropa Birliyi vahid yanaşmalara tərəfdar deyil və mətbuat konfransının gedişatında Merkelin diplomatik manevri uğurlu deyildi”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm