Müdafiə Nazirliyi: Azərbaycan snayperinin məhv edilməsi xəbəri növbəti uydurmadır
Bizi izləyin

İqtisadi gündəm

Müdafiə Nazirliyi: Azərbaycan snayperinin məhv edilməsi xəbəri növbəti uydurmadır

Azərbaycan Silahlı Qüvvələrinin snayperinin düşmən tərəfindən məhv edilməsi xəbəri ermənilərin növbəti uydurmadır.

Publika.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan və nazirliyin digər nümayəndələri daha çox yalan danışmaqla bir-birilərini üstələməyə çalışırlar: Bu, onların sanki kimin fantaziyasının daha artıq olması yarışına girmələri təsirini bağışlayır. Ermənilərin növbəti uydurması guya Silahlı Qüvvələrimizin snayperinin düşmən tərəfindən məhv edilməsi xəbəridir".

Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Ermənistan tərəfi artıq nə edəcəyini bilmədiyi üçün heç bir fakta əsaslanmayan bu cür boş, əsassız məlumatlar yaymaqla erməni xalqının fikrini ordusundakı çoxsaylı itkilərdən yayındırmaq məcburiyyətində qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm