İqtisadi gündəm
ASAN xidmət Almaniya mətbuatında
Almaniyanın “Diplomatisches Magazin” jurnalının yanvar
buraxılışında Azərbaycanın uğurlu layihələrindən olan “ASAN xidmət”
haqqında məqalə dərc edilib.
Jurnalın beynəlxalq münasibətlər rubrikasında dərc olunan “Yaxşı
idarəçilik və korrupsiyaya qarşı mübarizənin Azərbaycan yolu” adlı
məqalənin müəllifi alman politoloq, Berlin Azad Universitetinin
Xəzər Regionu Araşdırmaları Mərkəzinin dosenti, Şərqi Avropa üzrə
mütəxəssis Matias Dornfeldtdir.
Məqalədə “ASAN xidmət” Azərbaycanın korrupsiyaya qarşı mübarizə və
yaxşı idarəçilik baxımından effektli layihəsi kimi təqdim olunur.
Müəllif “ASAN xidmət”i XXI əsrin müasir idarəetmə xidməti
adlandırır və bu cür mərkəzlərin digər ölkələrdə, o cümlədən
Almaniyada da yaradılmasını tövsiyə edir.
Məqalədə qeyd olunur ki, 2012-ci ilin iyulunda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyində müxtəlif dövlət qurumlarının xidmətləri vahid mərkəzdə
birləşdirilib. “ASAN xidmət” mərkəzləri sərfəli qiymətlərlə,
sürətlə və keyfiyyətlə insanlara xidmət göstərir. Bu da öz
növbəsində vətəndaşlara xidmət sektorunda şəffaflığın və
korrupsiyaya qarşı mübarizənin təmin olunmasında mühüm rol
oynayır.
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO