Hacı İbrahim Nehrəmli: “Prezident İlham Əliyevin müdrik siyasəti Azərbaycanı böhranlardan qoruyur”
Bizi izləyin

İqtisadi gündəm

Hacı İbrahim Nehrəmli: “Prezident İlham Əliyevin müdrik siyasəti Azərbaycanı böhranlardan qoruyur”

Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təmsilçilərinin “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsi ilə tanış olması mütamadi xarakter alıb. Avstriya səfirindən sonra Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan “Khazar İslands” layihəsinin həyata keçirildiyi əraziyə səfər edib.

“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli ilə görüşən Amerikalı diplomata əvvəlcə layihə haqqında ətraflı məlumat verilib. ABŞ-ın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini qeyd edən Derek Hoqan “Khazar İslands” kimi böyük layihənin müstəqilliyini cəmi 24 il əvvəl əldə etmiş bir ölkədə hyata keçirilməsinin böyük uğur olduğunu vurğulayıb. “Khazar İslands” layihəsinin həyata keçirilməsi ilə bağlı aparılan fikir mübadiləsi zamanı Derek Hoqan neftin qiymətinin ucuzlaşmasının mümkün təsiriləri ilə maraqlanıb.

2008-ci maliyyə böhranın Azərbaycana təsir etmədiyini xatırladan “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli qeyd edib ki, Prezident İlham Əliyevin müdrik siyasəti Azərbaycanı böhranlardan qoruyur və hazırda neftin qiymətinin ucuzlaçmasına baxmayaraq Azərbaycan neft istehsalçıları arasaında bu prosesdən ən az zərər görən ölkədir. Hacı İbrahim Nehrəmli xüsusilə qeyri-neft sektorunun son illər sürətlə inkişaf etdiyini, ötən il bu sahədə ən yüksək inkişaf qeydə aldığını vurğulayıb və bütün bunları prezident İlham Əliyevin uzaq görən siyasətinin nəticəsi olduğunu qeyd edib. “Khazar İslands” layihəsinin də məhz qeyri-neft sektoru sahəsindəki inkişafın sayəsində mümkün olduğu qeyd edilib. Fikir mübadiləsi və “Khazar İslands” layihəsi ilə ümumi tanışlıqdan sonra ABŞ-n Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan tikinti işləri tanış olub və həyata keçirilən işləri yüksək qiymətləndirib.

ABŞ-n Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan səfərdə səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Maykl Durnan müşaiyyət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm