İqtisadi gündəm
I Avropa Oyunlarına görə 700 polis xarici dil kurslarına cəlb olunub
I Avropa Oyunlarına hazırlıq işləri ilə əlaqədar olaraq 700 polis əməkdaşı xarici dil kurslarına cəlb olunub.
Publika.az-ın məlumatına görə, bu barədə yanvarın 27-də Daxili İşlər Nazirliyində 2014-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında daxili işlər naziri Ramil Usubov deyib.
Nazir, bu yarışlar zamanı ictimai asayişin və təhlükəsizliyin qorunmasına cavabdeh xidmətlərin, ərazi orqanlarının və nizami hissələrin fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin səmərəli təşkili, əməliyyat şəraitinin fasiləsiz izlənilməsi məqsədilə DİN-in müvafiq Tədbirlər Planından irəli gələn məsələlərin icrasının davam etdirilməsinin vacibliyini vurğulayıb.
Eyni zamanda Ramil Usubov, Milli Məclisə seçkilərlə əlaqədar səsvermə hüququna malik vətəndaşların şəxsiyyəti təsdiqləyən sənədlərlə tam təmin olunmasını, o cümlədən etibarlıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi sahəsində fəaliyyətin ciddi nəzarətdə saxlanılmasını tapşırıb.
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO