• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Cəbhə bölgəsində əsgərlərin mənəvi-psixoloji hazırlığı yoxlanılır - FOTO

Cəbhə bölgəsində əsgərlərin mənəvi-psixoloji hazırlığı yoxlanılır - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, nazirin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev və Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov idarə heyəti ilə birgə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yoxlanılması məqsədilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdədirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, onlar birlik və birləşmələrin şəxsi heyəti ilə görüşlər keçirərək vəziyyətlə yerində tanış olub, hərbi qulluqçuların günün nizam qaydalarına uyğun fəaliyyəti və sosial-məişət şəraiti ilə maraqlanıblar.

Bütün birlik və birləşmələrdə müxtəlif kateqoriyalardan olan şəxsi heyətlə keçirilən görüşlərdə hərbi qulluqçuların vətənpərvərlik ruhu, qalibiyyət əzmi, döyüş hazırlığı və maddi-texniki təminatı yüksək qiymətləndirilib.

Aparılan söhbət zamanı şəxsi heyət doğma yurdumuzdan işğalçıları qovmaq üçün son damla qanlarınadək döyüşəcəklərini bildiriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR