İqtisadi gündəm
Silahlı Qüvvələrə Yardım Fonduna 61 milyon manata yaxın vəsait yığılıb
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım
Fonduna cari il fevralın 1-dək 60 milyon 904 min 961 manat, 211 min
791 ABŞ dolları və 593 avro vəsait yığılıb.
Publika.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir
ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə
yaradılıb.
Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər
səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını
möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək
məqsədi ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının
möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədi ilə Azərbaycanın
ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən
könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə
qadağan olunmamış digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi
üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının
möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial
müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”