İsmayıllı gənclərin paytaxtı elan olundu - FOTO
Bizi izləyin

İqtisadi gündəm

İsmayıllı gənclərin paytaxtı elan olundu - FOTO

Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclər Günü ilə bağlı təntənəli tədbir keçirilib.

Publika.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 2014-cü ildə gənclərin iştirakı ilə qlobal forum keçirilib, istedadlı gənclər üçün Prezident mükafatı təsis edilib. Gənclər və idman naziri qeyd edib ki, 2014-cü ildə gənclər siyasətinin infrastrukturu genişlənib, gənclər evləri istifadəyə verilib, gənclərə sosial xidmət göstərən müəssisələrin sayı 31-ə çatıb.

Keçən il Bakıda Gənc Alimlərin Forumu keçirilib, kompüter oyunları üzrə dünya çempionatı təşkil olunub. A. Rəhimov nəzərə çatdırıb ki, keçən il nazirliyin xətti ilə156 iri miqyaslı tədbir keçirilib və onların 34-ü beynəlxalq səviyyəli tədbir olub. Onun sözlərinə görə, nazirlik ötən il gənclər təşkilatlarının 139 layihəsinə maliyyə dəstəyi verilib, bu layihələrə 4 milyon 395 min manatdan çox vəsait ayrılıb. Gənclər və idman naziri gəncləri 2015-2020-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasının həyata keçməsində fəal iştirak etməyə çağırıb.

Tədbirdə Prezident mükafatlarına layiq görülmüş gənclər mükafatlandırılıb. İsmayıllı şəhəri 2015-çi il gənclər paytaxtı elan olunub.

Daha sonra tədbir musiqili kompozisiya ilə davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm