Merkel Azərbaycan qazından danışdı
Bizi izləyin

İqtisadi gündəm

Merkel Azərbaycan qazından danışdı

"Almaniya çalışacaq ki, Avropa Birliyinin heç bir üzvü hansısa bir enerji mənbəyindən asılı olmasın".

Publika.az-ın məlumatına görə, Almaniyanın kansleri Angela Merkel bunu Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa Birliyinin daxilində elə bir şəbəkə qurulmalıdır ki, bütün üzv dövlətlərin mövcud enerji mənbələrinin hamısına çıxışı olsun.

O xatırladıb ki, Macarıstan da bir sıra digər Avropa ölkələri, o cümlədən Almaniya kimi Rusiyadan enerji məsələsində çox asılıdır. Buna görə də Avropa daxilində müxtəlif səmtlərdə kəmərlər qurulmalı, lazım gələndə enerji daşıyıcılarını əks istiqamətdə nəql etmək imkanları yaradılmalıdır.

"Nabucco" iflasa uğradı, "Cənub axını" isə qeyri-müəyyəndir" deyən Merkel bu baxımdan Azərbaycandan çəkiləcək Transanadolu qaz kəməri layihəsi reallaşarsa, Macarıstanın da öz enerji mənbələrini müxtəlifləşdirə biləcəyini bildirib.

O, Avropa Birliyinin bunun üçün sərmayə imkanlarının olduğunu da söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm