İstanbulda TANAP layihəsi ilə bağlı “dəyirmi masa” keçirilib
Bizi izləyin

İqtisadi gündəm

İstanbulda TANAP layihəsi ilə bağlı “dəyirmi masa” keçirilib

Xəzər Strateji Araşdırmalar İnstitutu İstanbulda “Türkiyənin enerji mərkəzi olmasında TANAP layihəsinin rolu” mövzusunda “dəyirmi masa” keçirib.

Xəzər Strateji Araşdırmalar İnstitutu İstanbulda “Türkiyənin enerji mərkəzi olmasında TANAP layihəsinin rolu” mövzusunda “dəyirmi masa” keçirib.

“SOCAR-Türkiyə” şirkəti sədrinin müavini Samir Kərimli çıxış edərək bildirib ki, Trans-Anadolu boru xətti (TANAP) Türkiyə və Azərbaycanın dünya enerji bazarında mövqelərinin möhkəmləndirilməsi üçün böyük imkanlar yaradacaq.

Eyni zamanda, bu layihə 2035-ci ilə qədər 600 milyard kubmetr təbii qaza tələbatı olacaq Avropanın 100 milyard kubmetrlik qaz həcmini təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, uzunluğu 1841 kilometr olan boru xətti Türkiyənin 20 vilayətindən keçəcək. Hissələrinin 58 faizinin SOCAR, 30 faizinin BOTAŞ və 12 faizinin bp şirkətinə məxsus olacağını diqqətə çatdıran natiq demişdir ki, layihənin həyata keçirilməsi 12 milyard dollara başa gələcəkdir. İlk qaz nəqlinin 2018-ci ildə həyata keçirilməsi planlaşdırılır.

“Dəyirmi masa” da çıxış edən “bp-Türkiyə” şirkətinin sədri Bud Fakrell bildirmişdir ki, 2035-ci ildə Avropa İttifaqı ölkələrində təbii qaza tələbat 17 faiz artacaqdır. TANAP layihəsi və “Cənub qaz dəhlizi” bu tələbatın ödənilməsində mühüm rola malikdir. 2014-cü il TANAP boru xətti üçün əhəmiyyətli il olacaqdır. Artıq sərmayə qərarı verilmişdir və iyul ayında mühəndislik və dizayn işləri başa çatacaqdır. Bundan sonra uzun müddətli sazişlər imzalanacaq və inşaat işlərinə başlanacaq.

“EWE Turkey Holding”in baş direktoru Sami Acar da TANAP layihəsinin Türkiyənin enerji bazarında rolunu daha da artıracağını bildirmiş, enerji birjasının yaradılması təklifini yüksək qiymətləndirmişdir.

Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyinin nümayəndəsi Sefa Sadık Aytekin demişdir Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın zirvəsi olacaq TANAP XXI əsrin ən mühüm layihələrindən biridir. Onun sözlərinə görə, Türkiyənin enerji ehtiyacını təmin etmək üçün 2023-cü ilədək 120 milyard dollar sərmayə qoyulmalıdır. TANAP-a bu sərməyənin 10 faizi yatırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm