İsmayıllıda investisiya layihələrinin qəbuluna başlanılıb
Bizi izləyin

İqtisadi gündəm

İsmayıllıda investisiya layihələrinin qəbuluna başlanılıb

Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Gün.Az-ın verdiyi xəbərə görə, sahibkarlıq subyektlərindən kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistik mərkəzin, müasir quşçuluq, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması, kiçik dulusçuluq müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflər qəbul olunur.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm