Amerikalı həmsədr girovları qaytarmağa çağırdı
Bizi izləyin

İqtisadi gündəm

Amerikalı həmsədr girovları qaytarmağa çağırdı

"Biz aidiyyəti dövlət rəsmilərini iki nəfər məhbusun Azərbaycan hökumətinə qaytarılmasına çağırırıq".

Bu barədə Trend-ə açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Kəlbəcərdə girov götürülmüş azərbaycanlılara qarşı təşkil olunmuş "məhkəmə" ilə bağlı ABŞ-ın mövqeyini şərh edərkən bildirib.

Diplomat deyib ki, bu kimi humanist addım tərəflər arasında etimadın yaradılmasına və gərginliyin azaldılmasına yardım edə bilər: "Həm keçmiş təcrübədə olduğu kimi, həm də Həştərxan bəyannaməsinə uyğun olaraq tərəflər girovların qaytarılması istiqamətində razılığa gəliblər və biz ümid edirik ki, vəziyyətdən çıxış üçün eyni addımlar bu dəfə də atıla bilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm