İqtisadi gündəm
Mehriban Əliyeva: "Avropa Oyunları yeni idman ənənəsi üçün güclü təməl yaradacaq"
Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının Bakıda V iclası keçirilib.
Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iclasda iştirak
edib.
Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyası “Bakı 2015”
birinci Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirdi. Avropa
Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Olimpiya
Komitəsinin Əlaqələndirmə Komissiyasının iclasının əhəmiyyətini
vurğuladı. O, Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi
məqsədilə burada güclü və peşəkarlardan ibarət komandanın
çalışdığını diqqətə çatdırdı.
İclasda “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva çıxış edərək dedi: "Cənab prezident, təşəkkür
edirəm. Sizin dəyərli fikirlərinizi eşitməyə çox şadam. Mən bütün
qonaqlarımızı salamlamaq istərdim.
Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikki,
Əlaqələndirmə Komissiyasının sədri cənab Spiros Kapralos və
komissiyanın dəyərli üzvlərini yenidən Azərbaycanda salamlamaqdan
məmnunam. Çox şadam ki, sizinlə birgə “Bakı-2015” Avropa Oyunları
Əlaqələndirmə Komissiyasının beşinci və sonuncu iclasını
açırıq.
Siz 2012-ci ilin dekabrında Bakını birinci Avropa Oyunlarına ev
sahibliyi etmək üçün seçəndən ölkəmiz Avropanın qürur duyacağı
yüksəksəviyyəli beynəlxalq tədbiri təşkil etməklə məşğul olub".
Mehriban Əliyeva deyib ki, bu Oyunlar Avropa idmanında tarixi
hadisə olacaq. Azərbaycan üçün bu, ölkəmiz, ənənələrimiz,
mədəniyyətimiz və tarixi köklərimizi daha çox tanıtmaq üçün yaxşı
imkandır: "Biz ilk Oyunların keçirilməsinin şərəfli və məsuliyyətli
iş olduğunu qəbul edirik. Siz bu gün və sabah bizə olan
etimadınızın əbəs olmadığını görəcəksiniz. Baxmayaraq ki, qarşıdakı
bir neçə ay ərzində planlarımıza son ştrixləri vurmalıyıq,
ümidvaram ki, biz hamımız indiyədək əldə olunan əhəmiyyətli
nailiyyətlərlə fəxr edə bilərik.
Mən bizim həyata keçirdiyimiz planların bəzi əsas təfərrüatları
barədə məlumat vermək istərdim. Bildiyiniz kimi, bir çox
məkanlarımız hazırdır və Oyunlar üçün sınaqdan keçirilir. Sınaq bu
yay idmançıların yüksək səviyyədə çıxış etmələrinə imkan yaratmaq
üçün hər bir detalın hazır olacağını təmin etmək məqsədilə təşkil
olunur. İyunda Oyunların açılışı olanadək 35 sınaq tədbiri və sınaq
yarışması keçiriləcək. Gimnastika, boks və güləş üzrə növbəti sınaq
tədbirlərimiz mart və aprel aylarında baş tutacaq. Fevralın
sonunadək biz bütün məkanların daimi bazasının tikintisini başa
çatdırmaq niyyətindəyik. Bu, bizə aprel ayında lazımi quraşdırma
işləri aparmaq üçün kifayət qədər vaxt verəcək. Müqavilələrimizin
84 faizinin gecə-gündüz bizim komandamızla birgə çalışan Azərbaycan
şirkətləri ilə bağlanması müsbət haldır. Əminəm ki, bu gün
məkanlara baş çəkərkən siz heyran qalacaqsınız. Bizim dünya
standartlarına cavab verən atletlər kəndi 7300 çarpayısı olan
1000-dən artıq mənzildən ibarətdir".
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirdi ki, birinci
Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media
nümayəndəsi işıqlandıracaq: "İyunun 10-da beynəlxalq mətbuat
nümayəndələri üçün tədbir təşkil ediləcək. Bu tədbiri 100-dən artıq
ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib və beləliklə də
Oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və
Avstraliyada izləyə biləcəklər. Bundan başqa, könüllülərdən
indiyədək 16 mindən artıq müraciət daxil olub".
İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri hökumətin mövcud
nəqliyyat infrastrukturuna böyük məbləğdə investisiya yatırdığını
da diqqətə çatdırdı.
“Mən qürur duyuram ki, hazırda Bakı Avropa Oyunları Əməliyyat
Komitəsində 950 gənc çalışır. Bu, Oyunların ən dəyərli
miraslarından biridir və əminəm ki, bu, onların gələcək həyatı üçün
böyük təcrübə imkanıdır”, - deyən Mehriban Əliyeva onu da bildirdi
ki, açılış mərasimində unudulmaz şou keçiriləcək. Təşkilat
Komitəsinin sədri deyib ki, bundan başqa, hər gün üçün xüsusi
mədəni tədbirlər proqramı hazırlanıb, bağlanış mərasimi də
yaddaqalan olacaq.
Mehriban Əliyeva idmanın və Olimpiya hərəkatının dəstəklənməsinin
Azərbaycanın əsas prioritetlərindən biri olduğunu vurğulayaraq,
idmançılarımızın nailiyyətlərini qeyd etdi.
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri əminliklə bildirdi ki, bu Oyunlar bütün iştirakçıları birləşdirəcək və yeni idman ənənəsi üçün güclü təməl yaradacaq.
Avropa Oyunları Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri
Spiros Kapralos Komitənin son aylarda əldə etdiyi yenilikləri
yüksək qiymətləndirdi. O bildirdi ki, Avropa Oyunları tarixi
əhəmiyyətə malikdir. Spiros Kapralos ölkəmizdə yaradılan idman
infrastrukturunu yüksək qiymətləndirdi və mötəbər yarışa
hazırlıqdan məmnunluğunu ifadə etdi. Qonaq vurğuladı ki, Bakıda iki
gün ərzində aparılan müzakirələr nəticəsində mühüm qərarlar qəbul
olunacaq.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə bildirdi ki,
birinci Avropa Oyunlarında əsas diqqət mərkəzində atletlər olacaq.
“Bakı-2015” Oyunlarında uğur qazanan iştirakçılara xüsusi dizaynla
hazırlanmış medalların təqdim olunacağını vurğulayan nazir dedi:
“Bildiyiniz kimi, Təşkilat Komitəsi Oyunları təkbaşına təşkil
etmir. Bizim 7 rəsmi tərəfdaşımız var. Oyunların yayımı ilə bağlı
Avropa və dünyanın digər ölkələrindən olan şirkətlərlə müqavilələr
imzalayırıq. Beynəlxalq medianın oyunlara olan marağı getdikcə
artır. Biz yeni veb-saytımızı təqdim edəcəyik. Bizim könüllülər və
səfirlərlə bağlı proqramlarımız davam etdirilir. Bu yaxınlarda biz
Avropa Oyunlarının ulduz elçilərini elan etmişik. Onlar bizə
Oyunları ölkədə və xaricdə təbliğ etməyə kömək edəcəklər”.
Nazir Azad Rəhimov bildirdi ki, 127 gündən sonra Avropa idman
tarixində yeni bir mərhələ başlayacaq.
“Bakı-2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd
etdi ki, hazırda işlər gərgin qrafik üzrə davam edir. Bu işlərdə
beynəlxalq mütəxəssislərlə yanaşı, yerli peşəkarlar da iştirak
edirlər.
Tədbirdə “Bakı-2015”-ə hazırlıqla bağlı videoçarx nümayiş
olundu.
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR