• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ermənistan daha iki hərbçisini itirdi

Ermənistan daha iki hərbçisini itirdi

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ötən gün baş verən atışmada Ermənistan ordusunun 1990-cı il təvəllüdlü hərbi qulluqçusu Şekspir Akopyan öldürülüb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağ qondarma rejiminin “Müdafiə Nazirliyindən” bildirilir.

Erməni hərbi qulluqçusunun təmas xəttinin şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş dayaq məntəqəsində vurulduğu xəbər verilir. Erməni mediası həmçinin qeyd edir ki, ötən gün axşam saatlarında Ermənistan ordusunun daha bir hərbi qulluqçusu cəbhə xəttində öldürülüb. Onun kimliyi açıqlanmayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR