• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

"Yol hərəkəti haqqında" qanunda radarlarla bağlı YENİLİK

"Yol hərəkəti haqqında" qanunda radarlarla bağlı YENİLİK

Prezident İlham Əliyev Milli Məclisin “Yol hərəkəti haqqında” Qanunda etdiyi dəyişiklikləri təsdiq edib.

Publika.az xəbər verir ki, qanunda aşağıdakı dəyişikliklər edilib:

1. 83-cü maddənin II hissəsində “texniki nəzarətetmə vasitələrinin” sözləri “xüsusi texniki vasitələrin” sözləri ilə əvəz edilsin və bu hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.”

2. 84-cü maddənin 6-1-ci bəndində “mərkəzi məlumat” sözləri “mərkəzi informasiya” sözləri ilə əvəz edilsin.

3. 85-1-ci maddənin II hissəsində “texniki nəzarət etmə vasitələrindən” sözləri “xüsusi texniki vasitələrdən” sözləri ilə, X hissəsinin ikinci cümləsində isə “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin.

Ölkə başçısının digər fərmanı ilə qanunun tətbiqini təmin etmək məqsədi ilə dövlət qrumlarına müvafiq tapşırıqlar verilib:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinin II hissəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur.

4. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043) 2-ci hissəsinin beşinci - on dördüncü abzasları müvafiq olaraq altıncı - on beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“həmin qanunun 83-cü maddəsinin II hissəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR