İqtisadi gündəm
İlham Əliyev Rusiya hökuməti sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Rusiya Federasiyası Hökuməti sədrinin müavini Arkadi Dvorkoviçi qəbul edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, Arkadi Dvorkoviç Rusiya Federasiyasının Prezidenti Vladimir
Putinin və Baş nazir Dmitri Medvedevin salamlarını dövlətimizin
başçısına çatdırdı.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi
bildirildi, dövlət başçılarının mütəmadi görüşlərinin
əlaqələrimizin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı,
ticarət dövriyyəsinin və investisiya qoyuluşunun dinamik şəkildə
inkişaf etməsi məmnunluqla qeyd olundu.
Söhbət zamanı ikitərəfli əlaqələrimizin bundan sonra da
möhkəmlənəcəyinə əminlik ifadə olundu, iqtisadi əməkdaşlığımızın
daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Vladimir Putinin və Baş nazir Dmitri
Medvedevin salamlarına görə minnətdarlığını bildirdi, onun da
salamlarını Rusiya Federasiyasının Prezidentinə və Baş nazirinə
çatdırmağı xahiş etdi.
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO