"Talassemiya ilə mübarizəyə dair" Dövlət Proqramı təsdiq edildi
Bizi izləyin

İqtisadi gündəm

"Talassemiya ilə mübarizəyə dair" Dövlət Proqramı təsdiq edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.


Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, sərəncamda deyilir:


1. “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm