Sabah bir neçə rayonun qazı kəsiləcək
Bizi izləyin

İqtisadi gündəm

Sabah bir neçə rayonun qazı kəsiləcək

Sabah bəzi yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Publika/az ARDNŞ-nin saytına istinadən məlumat verir ki, fevralın 11-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Magistral Qaz Kəmərləri sahələrinin bəzi qazpaylama stansiyalarında, qazpaylama məntəqələrində və ölçü qovşaqlarında təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhərinin Kürdəxanı, Pirşağı, Bilgəh, eləcə də Bərdə rayonunun Cəyirli yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bərdə şəhərinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm