İqtisadi gündəm
Prezident fransalı senator və əlcəzairli naziri qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Alzas regionunun nümayəndə heyətini qəbul edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, Azərbaycan ilə
Fransa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o
cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində yüksək səviyyədə
olduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev
münasibətlərimizin möhkəmləndirilməsində Fransa Prezidenti Fransua
Ollandla keçirdiyi mütəmadi görüşlərin önəmini vurğuladı.
Dövlətimizin başçısı Fransa nümayəndə heyətinin Azərbaycana
səfərinin ölkəmizlə yaxından tanış olmaq və ikitərəfli
əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparılması baxımından yaxşı imkan yaradacağına ümidvar
olduğunu bildirdi.
Fransa Senatın üzvü, keçmiş nazir Jan-Mari Bokel Prezident İlham
Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə bu qurumda çalışmasını
və eləcə də iki il bundan əvvəl Fransa nümayəndə heyətinin
tərkibində Azərbaycana səfər etməsini məmnunluqla xatırladı.
Görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin müxtəlif
istiqamətlərdə, o cümlədən parlamentlərarası və beynəlxalq
əməkdaşlıq sahələrində, eləcə də ölkələrimizin regionları arasında
əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də
Əlcəzair Xalq Demokratik Respublikasının energetika naziri,
Prezidentin xüsusi elçisi Yosef Yusfini qəbul edib.
Yosef Yusfi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti
Əbdüləziz Buteflikanın məktubunu dövlətimizin başçısına təqdim
etdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu
inkişafından məmnunluq ifadə edildi, energetika sahəsində
əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...