İqtisadi gündəm
Prezident “ASAN ödəniş”lə bağlı fərman imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, dövlət rəhbəri Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “ASAN xidmət”
mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron
xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli
706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli 110 nömrəli
Fərmanına əsasən qərara alıb:
1. “ASAN ödəniş” sistemi haqqında Əsasnamə” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. “ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələbləri və
“ASAN ödəniş” sistemindən istifadə qaydalarını iki ay müddətində
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən
etsin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə, “ASAN ödəniş”
sisteminin fəaliyyətinin təşkili, idarə olunması və saxlanılması
xərclərinin maliyyələşdirilməsinə dair təkliflərini bir ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin.
5. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan
orqanlar (vəzifəli şəxslər):
5.1. informasiya sistemləri və ehtiyatlarının “ASAN ödəniş”
sisteminə qoşulması üçün zəruri tədbirlər görsünlər;
5.2. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərarların, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta
haqqında protokolların, xüsusi texniki vasitələrin köməyi ilə aşkar
olunmuş inzibati xətaların törədilməsinin foto və ya video
görüntülərinin real vaxt rejimində “ASAN ödəniş” sisteminə ötürmək
məqsədilə proqram təminatının dayanıqlı, fasiləsiz və təhlükəsiz
fəaliyyətini təmin etsinlər.
6. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:
6.1. “ASAN ödəniş” sisteminin fəaliyyətinin təşkili və ondan
səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər
görsün;
6.2. “ASAN ödəniş” sistemi vasitəsilə bu Fərmanın 5-ci hissəsində
nəzərdə tutulmuş dövlət orqanları arasında məlumat mübadiləsini və
əməliyyatları təhlükəsiz və operativ şəkildə həyata keçirmək
məqsədi ilə vahid inteqrasiya və mobil xidmətlər şlüzündən (m-Gov)
istifadə olunmasını təmin etsin.
7. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi:
7.1. dövlət orqanlarının “ASAN ödəniş” sisteminə qoşulması üçün
onları zəruri telekommunikasiya kanalları ilə təmin etsin;
7.2. “ASAN ödəniş” sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün
müvafiq tədbirlər görsün.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü