Prezident hərbi qulluqçuları medalla təltif etdi
Bizi izləyin

İqtisadi gündəm

Prezident hərbi qulluqçuları medalla təltif etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.


Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, dövlət başçısı xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularını “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib:


Əhmədov Asəf Müzəffər oğlu – polkovnik

Əliyev Fikrət Əli Səftər oğlu – polkovnik

Şahverdiyev Mayıl Seminar oğlu – polkovnik

Babayev Azər Ələddin oğlu – polkovnik-leytenant

Baxşəliyev Ziyarəddin Ramazan oğlu – polkovnik-leytenant

Əliyev İlqar Əmiraslan oğlu – polkovnik-leytenant

Məmmədov Şaiq Bilman oğlu – polkovnik-leytenant

Rəhimov Novruz Məmməd oğlu – mayor.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm