İqtisadi gündəm
Prezident Administrasiyası dələduzların SİYAHISINI AÇIQLADI
Paytaxtda dələduz tikinti şirkətlərinin siyahısı açıqlanıb.
Axar.az xəbər verir ki, vətəndaşlara həmin tikinti firmalarından mənzil almamaq tövsiyə olunur. Bu şirkətlərin fəaliyyətinin bəziləri dayandırılıb, bir neçəsinin rəhbəri həbsdədir, digərləri barəsində araşdırma aparılır.
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AzərTAc-da dərc olunmuş geniş həcmli məqaləsində firmaların adları yer alıb. Onların sırasında “İnşaatçı-GM”, “Qolden”, “Azərtikinti ATF”, “İdeal-İnşaat”, “Şahbulaq”, “Abşeron-1”, “A.E.K”, “Xəmsə İnşaat”, “Qaraçay”, “Bios”, “Bəyaz”, “Dərəçiçək”, “Meqa-siti Holdinq”, “Elita-R”, “Gənc”, “R+R”, “Birlik inşaat”, “Ulduz” firmalarının adları qeyd olunub. Həmçinin, İctimai Televiziyanın keçmiş rəhbəri İsmayıl Ömərovun qardaşı oğluna məxsus “FOLKLOR”, müğənni Aygün Kazımovanın qardaşı Ələsgər Kazımovun rəhbəri olduğu “Ələsgəroğlu” firmasının adı da PA rəsmisinin məqaləsində hallanıb. Habelə, “ABC”, “Fuad LTD”, “Kamran”, “Safari-N”, “Yeni Yasamal”, “Effekt İnşaat”, “ “AENT-E”, “HAYAN-E”, “Klass Azko”, “Badu Kubə”, “Olimpus-AZ”, “Cənnət”, “Xəmsə” və digər tikinti şirkətlərinin fəaliyyətindən daha çox narazılıq olduğu bildirilir. Müraciətlərdə mənzil alan şəxslərin aldadılmasından, müqavilələrin bağlanması zamanı yol verilən qanunsuzluqlar nəticəsində sonradan dələduzluq faktları ilə üzləşdiklərindən, nə ev, nə də verdikləri pulu geri ala bildiklərindən bəhs edilir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!