• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında cənub küləyi əsəcək, gündüz 16 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 8-13, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq. Temperaturun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ- Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan,Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli keçəcək. Temperaturun gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havaəsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı keçəcək. Külək əsəcək, arabir güclənəcək. Temperatur gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli keçəcəyi gözlənilir. Axşam qərb küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə -2+3, gündüz 6-11 dərəcə isti, dağlarda gecə -2-7, yüksək dağlıq ərazilərdə -10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Mərkəzi Aran- Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlər dumanlı olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Axşam qərb küləyi əsəcək, arabir güclənəcək.Temperaturun gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR