İqtisadi gündəm
Lamiyədən ŞOK MÜSAHİBƏ: “Uşağın atası ilə Kürdəxanıda intim münasibətdə olmuşam”
Son günlər məhbus qadın Lamiyənin həbsxanada uşaq dünyaya gətirməsi gündəmin əsas mövzusuna çevrilib. Onun uşağı necə dünyaya gətirməsi haqqında müxtəlif fikirlər səslənir. Lamiyə özü isə ANS TV-nin HESABAT verilişinə müsahibəsində bütün qaranlıq məqamlara aydınlıq gətirib. O, uşağının atası ilə Kürdəxanıdakı istintaq təcridxanasında intim münasibətdə olduğunu deyib.
Publika.az müsahibəni təqdim edir:
Doğrudan da verdiyin suala cavab almaq arzusundan sadə nə ola bilər. Amma bəzən sual verənin üzbəüz qaldığı cavab onu təmin etsə də, cəmiyyəti qane etmir. Məhbus Lamiyə Quliyevanın dünyaya gətirdiyi uşaq özü boyda sualdır. Maraqlıdır ki, bu sualın bütün cavablarını Lamiyə xanım özü bilir. Bu zəmində verilə biləcək suallardan birini də mən ötən həftə elə burada səsləndirdim.
Lamiyə faktoruna bu izaholunmaz maraq cəmiyyətin seksual
çatışmazlığının səbəbi ola bilərmi? Sual belə idi. Bu barədə də öz
fikirlərimi bölüşdüm. Açığını deyim ki, mənim şərhimə belə
gözlənilməz, anlaşılmaz maraq məhz mənim haqlı olduğumu göstərdi.
Belə çıxdı ki, cəmiyyət Lamiyə Quliyeva mövzusuna, dolayısı ilə
desək seksual çatışmazlıq mövzusuna hələ də tam açıqdır. Onda
buyurun. Siz necə deyirsiniz orada? Şok Şok Şok! Bu da Sizə Lamiyə
şəxsən özü.
- Salam Lamiyə xanım, necəsən, özünü yaxşı hiss
edirsən?
- Çox sağ ol, özümü normal hiss edirəm.
- Lamiyə xanım, uşaq necədir?
- Yaxşıdır.
- Mətbuatda sənin uşağının atası ilə bağlı çoxlu
söz-söhbətlər yayıldı. Kimi dedi, Lamiyəni zorlayıblar, kimi dedi
uşaq süni mayalanma ilə dünyaya gəlib, kimi də dedi ki, Lamiyə
uşağı sevdiyi adamdam dünyaya gətirib. Nəhayət bu gün ANS-in
kamerası qarşısında mən istəyirəm ki, özün səmimi bir etiraf edəsən
və deyəsən ki, bu uşaq hansı şəraitdə, necə dünyaya gəldi, atası
məlumdurmu?
- Mənim uşağımın atası məhkumdur. Könüllü şəkildə DNT analizi
verdik. Müəyyən olundu. Könüllü şəkildə biz görüşmüşük. Mənə elə
gəlir ki, burada qaranlıq qalan məqam yoxdur.
- Lamiyə xanım, səninlə həmin adam arasında nə baş
verib?
- Mənim onunla münasibətim var idi. O aşağıdakı kamerada olurdu,
onunla danışıb söhbət edirdik. Artıq münasibət yaranmışdı.
Məhkumluq ailəmində belə bir şey var. Orada tanış olursan, orada
bir vasitə var danışırsan. Məhkumluq ailəmində, məhz məhkumlar
həmin vasitə ilə bir-biri ilə əlaqə saxlayırlar. Bizim aramızda da
belə bir münasibət yaranmışdı.
- Lamiyə xanım, o adamı sən əvvəldən
tanıyırdın?
- Yox. Mənə sonuncu dəfə cinayət işi açılanda, yəni Kürdaxanıya
göndəriləndə orada onunla tanış olmuşdum. Beləliklə də bəraət alıb
müəssisəyə gəldim. Mənə Apellyasiya Məhkəməsində prokuror protest
qaldırdı, zərərçəkmişin müraciəti əsasında. Mən ora gedəndə hələ də
o orada idi. Onun olduğu kameraya getdim.
- Lamiyə xanım, münasibətləriniz aydın, intim münasibətlə
olub. Yoxsa, iynə və ya süni mayalanma ilə?
- Xeyir. Belə bir şey olmayıb, yalan söhbətdir. Mənə elə gəlir ki,
deyilən kimi olsaydı, onda Kürdaxanıda bütün məhkumlar aşağıdakı
məhbuslarla əlaqə saxlayarlar. Kürdaxanıda bütün qadın məhkumların
hamısı ana olardı. Mən nə laborantam, nə də professoram ki, belə
bir şeyə əl atam. Sadəcə olaraq danışdıq, görüşdük öz istəyimi ona
bildirdim. Qarşılıqlı razılıq əsasında orada görüşə şərait
yardıldı. Amma mən dəqiq bilmədim ki, ana ola bilərəm. Ancaq elə
məqsədlə görüşdük ki, mən ana ola bilim, məni hardasa həyata
bağlayan bir qüvvə olsun.
- Lamiyə xanım uşağın atasının adı və soyadı
nədir?
- Rəsulov Elnur Məmmədrəsul oğlu. Hazırda o ailəlidir. Bu günkü gün
bəlkə o ailəsini müdafiə etmək üçün, ya da onu ora gətirən adamı
ələ verməmək üçün faktlardan yayınır. İnanı ki, bu söhbətlə iyrənc
söhbətlərdir.
- Mətbuatda belə bir fikirlər yayılıb ki, bu məsələ yuxarı
səviyyədə bəzi məmurlar arasında gedən oyunlarda Lamiyədən bir kart
kimi istifadə olundu. Yəni səni, açığı desək siyasi oyunlarına bir
alətinə cevirdilər. Necə düçünürsə bu haqda?
- Mən istəyirəm ki, məni silah kimi istifadə etməsinlər.
- Niyə hamiləlik dövründə bu məsələ, yəni sən ana olduğunu
bilirdin və 9 ay ərzində sən susdun. Amma bu uşağın 4 ayı olanda
artıq bu məsələ bu qədər ictimailəşdi. Onda bu məsələdə sənin
marağın nə idi?
- Bu məsələni nə mən, nə də mənim ailəm ictimaiyyələşdirmədi.
Ailəmə də bildirmişdim ki, ictimaiyiləşdirmək lazım deyil. Bu mənim
öz fikirim olub, ana olmaq istəmişəm. Cəmiyyət məni bu addımıma
görə qınamasın. Mən əxlaqsız deyiləm. Mən seksual çatışmazlığı
ödəmək üçün bu addımı, yəni kefimdən atmamışam. Sadəcə olaraq bəlkə
də səsimi ictimayyətə çatdırma üçün atmışam ki, mən də varam.
- Mətbuat sənin əvvəlki rəislə olan münasibətlərin haqqında
da yazmışdı?
-Mən bunu eşitdim. Xeyir. Mənin həmin insanla yalnız rəis və məhkum
münasibətim olub. Hətta mən o insanın zamanında aldığım cəzaları
heç bir rəisin zamanında almamaışam.
Ləman xanımın müsahibəsindən sonra məndə bəzi suallar yarandı və
ona görə də məhbus xanımla özüm görüşmək istədim. Hətta həbsxana
rəhbərliyinin icazəsi ilə cəzaçəkmə müəssisəsinə getdim də. Amma
məlum oldu ki, Lamiyə xanım mənə müsahibə vermək isətəmir. Və bütün
səylərimə baxmayaraq rəhbərlik onu müsahibə verməyə razı sala
bilmədi. Adam dedi, istəmirəm. Vəssəlam. Bu adamı hələ müsahibə
verməyə məcbur etmək mümkün deyil, qalan şeylərdən danışmıram.
Sosial şəbəkələrin zorlanaraq doğmağa məcbur edilmiş qadın kimi
təqdim etdiyi Lamiyə Quliyeva üzündən də göründüyü kimi iradəsinin
əleyhinə nəyəsə məcbur edilənə oxşamır. Biz də onun iradəsinə tabe
olduq və dəqiqləşdirmək istədiymizsualları Lamiyənin uşağının atası
elan etdiyi məhbusda soruşmaq qərarına gəldik. Təki bunun bir
əngəli çıxmasın. Amma çıxdı. Məhbus bir şərtilə müsahibəyə razı
oldu.
Məhbus Elnur Rəsulov: “Mən sizdən bir xahiş edirəm ki, üzümü
göstərməyəsiniz. Ailəliyəm, övladım da var. Necə deyərlər, onun
sözünə aldanmışam. İstəmirəm ki, kiminsə ucbatından ailəm
dağılsın”.
Lamiyənin uşağın yaranması ilə bağlı inandırıcı şəkildə
danışdıqlarını nəzəri ata elə həmin inandırıcılıqla təkzib
etdi:
“Dörd ilə əvvəl yuxarı çıxdıq "trupka" vasitəsi ilə danışırdıq.
Belə ki, birinci mərtəbədə biz, ikinci mərtəbədə isə onlar idi.
Amma ayrı-ayrı kamera idi. Bu xanım məhkəməyə gedib gəlirdi. Bir
gün məhkəmədən gələndə danışıq zamanı bildirdi ki, mənə kişiyə
məxsus olan şey lazımdır, bəs üzüm səpib, üzümə vurmaq üçün.
Danışığımızın səhəri günü mənə bildirdi ki, sənə dediyimdən mənə
verə bilərsən? Səhəri günün axşamı mənə hava borusundan ip
vasitəsilə qab göndərdi. Axşam üstü isə onun istədiyini qabla
birlikdə ona verdim. Üstündən bir-iki həftə keçəndən sonra onunla
danışanda mənə dedi ki, deyəsən hamiləyəm".
Bununla da məhbus qadının faciəsi ətrafında gəzən söhbətə son
qoymaq olar. Hə, sonda onu da deyim ki, inanılmaz üsulla uşağa
qalmaq üsulundan Penitensiar Xidmətin rəhbərliyinin xəbəri var və
onlar belə göydəndüşmə və ya yerdən qalxma balalama aksiyasına
qarşı mübarizə də aparırlar, hələ ki qarşısını alma bilmirlər.
Zibilin qəribə bir adı da var. Konvert üsulu. Görün bir nə vaxtdır
deyir ki, kovert yolu ilə verməyin bir qəmbərqulusu çıxacaq. Çıxdı
da.
- Elnur bəy, sizin görüşməyiniz mümkün olurmu
ümumiyyətlə?
-Xeyir. Burada qadın kişi görüşmək mümkün deyil. Məhkəməyə gedib
gələndə də nəzarətçilər var. Onlar aparıb gətirirlər. Qadınları
qadınlar, kişiləridəki, kişilər. Ayrı-ayrı gedirsən. Gedəndə də heç
görmürsən. Mükün deyil ki, kimsə görüşsün.
Yeri gəlmişkən burada bir müqayisə aparmaq istəyirəm. Azdlıqdan
məhrum edilmiş Lamiyənin özünü azadlıqdan məhrum etmiş. Daha
doğrusu azadlığını başqa bir dövlətin səfirliyinin miqyasına qədər
məhdudlaşdırmış Emin Hüseynovla. Reportyarlıran Azadlığı və sair
təşkilatının rəhbəri ilə. Emin Hüseynov polisdən yaxasını qurtarmaq
üçün özünü İsveçrə vətəndaşı kimi təqdim edib və sonra da özünü elə
bu ölkənin vətəndaşı kimi hiss etməyə çalışıb. Düz altı aydır ki,
ordadı. Emin, Leyla Yunus, Xədicə İsmayıldan fərqli olaraq qanun
qarşısında cavab verməyə özündə güc tapmayıb. Bəlkə də deyilənlərə
görə ailəsinin hansısa bir üzvünün Birləşmiş Ştatların Silahlı
Qüvvələrində xidmət etməsinin onun əleyhinə işləyə biləcəyindən
ehtiyatlanıb. Eminin bəstə boyu var.. Onun gizlənməyə meyl və
məharətini, təbii imkanlarını nəzərə alaraq düşünürəm ki,
gömrükçülər və sərhədçilər sayıq olmalıdır. Hətta çemodanları,
qutuları belə yoxlakən. Emin azadlıqda azad deyil. Lamiyə isə
həbsxanada da azaddır. Allah hər ikisinin qapısını açsın. Lamiyə
mövzusuna ifrat marağı ilə yenə də cəmiyyətin seksual
çatışmazlıqdan əziyyət çəkməsinə bağlayıram. Öz aramızdır, bu gün
“Hesabat”ı bəlkə də daha çox elə Lamiyənin müsahibəsinə görə
gözləyirdiniz. Səmimi olaq və boynumuza alaq. Baxmayaraq ki, boyuna
almaq ağır məsələdir.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı