İqtisadi gündəm
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
ANS TV-nin məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi havaların
soyuması ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib. Xüsusilə
qar yağacağı təqdirdə sükan arxasına əyləşənlərə mövsümi
təkərlərdən istifadə etmək, nəqliyyat vasitələrinin texniki
sazlığına bir daha baxış keçirmək və lazımi avadanlıqlarla
avtomobillərini təmin etmək tövsiyyə olunub. Həmçinin sürücülərə
ara məsafəsinə diqqət yetirmələri, məcbur qalmadıqda ötmə
əməliyyatını etməmələri, dumanlı hava şəraitində yaxını vuran
işıqları yandırmaları tövsiyə edilib.
“Əgər qar, sulu qar yağarsa, eyni zamanada da yağışlı hava
müşaiyyət olunarsa belə sürücülər buna hazır olmalıdırlar. Öz
avtomobillərini mövsümü şinlərlə təchiz etməlidirlər. Yollarda
sürücülərimiz son dərəcə diqqətli olmalıdırlar. Əgər yollarda qar
və buz olarsa, bu halda sürücülər sürət həddinə xüsusilə diqqət
yetirməlidirlər”? - deyə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə
müdiri Kamran Əliyev bildirib.
Xəbardarlıq tək sürücülərə deyil, piyadalara da aid edilir.
Yolun hərəkət hissəsinə çıxan piyadalar yağmurlu havada sürücünün
qarşı tərəfi o qədərdə yaxşı görə bilməməsini nəzərə almalıdırlar.
Bunun üçün də piyadalara olduqça ehtayyatlı olmaları tövsiyyə
olunur.
“Rayonlararası yollarda piyadalar onlar üçün nəzərdə tutulan
səkilər ilə hərəkət etmirlər. Bu zaman piyadalar yolun hərəkət
istiqamətinə çıxırlar. Sonda piyadaların özlərinin avtomobilin
zərbəsinə tuş gəlirlər. Belə havada həm sürücülər, həm də piyadalar
son dərəcədə diqqətli olmaları gərəkir”, – deyə Kamran Əliyev
vurğulayıb.
Sabahdan etibarən respublika ərazisində hava şəraiti dəyişəcək.
Hidrometroloji proqnozlar bürosundan bildirilir ki, sabahdan
fasilələrlə yağıntı müşahidə ediləcək.
“Fevralın 18-də və 19-da havanın temperaturu ötən günlə
müqayisədə tədiricən 5-10 dərəcəyədək aşağı enəcək. 18 və 19-da
günorta saatlarında isə paytaxtda havanın temperaturu 4-5 dərəcə
arasında dəyişəcək. Mərkəzi aran rayonlarında gecə saatlarında 5-9
dərəcə isti müşahidə olunacaq”, – deyə HPB-nun direktor müavini
Gülşad Məmmədova qeyd edib.
Ayın 17-i və 18-də bəzi rayonlarda yağıntının intensivləşəcəyi proqnozlaşdırılır. Xəbər verilir ki, paytaxtda şimal küləyinin güclənəcəyi gözlənir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!