• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Gürcüstan energetika naziri: “Cənub Qaz Dəhlizi ilə bağlı öhdəliklərimizi yerinə yetirəcəyik”

Gürcüstan energetika naziri: “Cənub Qaz Dəhlizi ilə bağlı öhdəliklərimizi yerinə yetirəcəyik”

Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil bütün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması, eləcə də regional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.


Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, bu sözləri Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasında iştirak etmək üçün Bakıda səfərdə olmuş Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze AzərTAc-a müsahibəsində söyləyib.


Nazir deyib: "Bu layihə bizim hamımız üçün vacibdir və hesab edirəm ki, hər bir tərəfdaş ölkə bu layihəyə öz töhfəsini verməlidir. Gürcüstan tərəfi layihə üzrə işlərin tam və vaxtında başa çatdırılması üçün bütün lazımi tədbirləri görəcək. Gürcüstan tərəfi bu layihə üçün 800 milyon ABŞ dolları həcmində vəsait ayırıb".


K.Kaladze ölkəsinin digər irimiqyaslı layihələrdə iştirakına da aydınlıq gətirib: "Rəsmi Tbilisi AQRİ, TAP, TANAP layihələrinin də əhəmiyyətini başa düşür və bu layihələrin reallaşmasında maraqlıdır. Gürcüstan həm bu layihələrə maliyyə vəsaitinin ayrılmasında, həm də təhlükəsizlik məsələlərində üzərinə düşən bütün vəzifələri və öhdəlikləri yerinə yetirəcək".


Nazir qeyd edib ki, belə layihələrin daha səmərəli olması və vaxtında başa çatdırılması üçün ilk növbədə regionda təhlükəsizlik olmalıdır. Regionda sülhün və sabitliyin bərpa olunması üçün rəsmi Tbilisi əlindən gələni edir.


"Hesab edirəm ki, bu bütün tərəflər, eləcə də regionun digər dövlətləri üçün çox vacibdir", - deyə Kaladze vurğulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR