Bu yola girməyin!
Bizi izləyin

İqtisadi gündəm

Bu yola girməyin!

Bu gün səhər saatlarından etibarən Heydər Əliyev prospektindəki yardımçı yol bağlı olacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, Bağırov körpüsünün alt hissəsində tuneldə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar fevralı 21-i səhər saat 09:00-dan Heydər Əliyev prospekti köməkçi yol-Mərkəzdən Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

İşlərin başa çatması fevralın 22-i axşam saatlarında kimi nəzərdə tutulub. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm