İqtisadi gündəm
“Bakı-2015” Macarıstanda təqdim edildi
Macarıstanın paytaxtı Budapeşt şəhərində, Dunay çayının sahilində yerləşən tarixi “Viqado” konsert sarayında Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
Tədbirdə Macarıstanın insan resursları naziri Zoltan Baloq,
Budapeşt şəhərinin meri İştvan Tarloş, Heydər Əliyev Fondunun
icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın gənclər və idman
naziri Azad Rəhimov, deputatlar, Macarıstanda akkreditə olunmuş
səfirliklərin nümayəndələri, bu ölkənin idman veteranları və
birinci Avropa Oyunlarında iştirak edəcək idmançılar, Macarıstanda
işləyən və yaşayan azərbaycanlılar iştirak ediblər.
Mərasimdən əvvəl gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın
Macarıstandakı səfiri Vilayət Quliyev, Macarıstanın Olimpiya
Komitəsinin idman məsələləri üzrə direktoru Laszlo Fabian birgə
mətbuat konfransı keçiriblər. “Bakı-2015” Avropa Oyunlarının qısa
təqdimatından sonra jurnalistlərin sualları cavablandırılıb.
Suallar əsasən Avropa Oyunlarına hazırlıq, bu Oyunlara ayrılan
büdcə, idmançılar və jurnalistlər üçün yaradılan şərait barədə
verilib.
Laszlo Fabian Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə
əmin olduğunu deyib. O, Bakıdan yeni qayıtdığını və hazırlıq
işlərinin yüksək səviyyədə aparıldığını qeyd edib.
Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb, onları Bakıya
dəvət edib. Nazir bir çox televiziya kanallarına müsahibələr
verib.
Sonra tədbirin rəsmi hissəsi başlayıb.
Mərasimin aparıcısı Azərbaycan və Macarıstan arasındakı tarixi
əlaqələr, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban
Əliyevanın ölkə daxilində və xaricdə mədəni irsin qorunub
saxlanması, mədəniyyətlərarası dialoqun təşviq olunması və
gənclərin təhsil almaları üçün imkanların yaxşılaşdırılması
istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verib.
Azad Rəhimov çıxışında Azərbaycanın növbəti illərdə ev sahibliyi
edəcəyi mötəbər beynəlxalq idman yarışları barədə danışıb. Birinci
Avropa Oyunları haqqında ətraflı məlumat verən nazir bu idman
yarışının ölkəmiz üçün əhəmiyyətindən, eləcə də onun bütün Avropa
idman həyatına verəcəyi töhfələrdən bəhs edib. A.Rəhimov
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədri olduğu
“Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətindən
də söhbət açıb.
Macarıstanın idman, turizm və digər sahələri özündə birləşdirən
insan resursları naziri Zoltan Baloq yarışların yüksək səviyyədə
keçirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyini
xüsusi vurğulayıb. Nazir Azərbaycanla Macarıstanı tarixi dostluq
əlaqələrinin birləşdirdiyini deyib. O, Azərbaycan və macar
idmançılarının həmişə beynəlxalq yarışlarda yüksək nəticələr əldə
etdiklərini diqqətə çatdırıb. Azərbaycanı bu mötəbər tədbirə ev
sahibliyi etməsi münasibətilə təbrik edən nazir “Bakı-2015” Avropa
Oyunlarına hazırlaşan macar idmançılarının uğurlu nəticələr
göstərəcəklərinə və medallarla geri dönəcəklərinə ümid etdiyini
bildirib.
Sonra tədbir iştirakçıları Avropa Oyunlarına hazırlıq prosesini əks
etdirən filmə baxıblar.
Daha sonra ziyafət verilib. Ziyafət zamanı Azərbaycanın lirik
mahnıları səslənib, Bakının görüntülərini əks etdirən videoçarx
göstərilib.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan,
Azərbaycanın milli mənəvi dəyərlərini, zəngin tarixini özündə əks
etdirən kitablar və incəsənət xadimlərinin əsərlərindən ibarət
sərgi də nümayiş etdirilib. Sərgi ilə yaxından tanış olan
Macarıstanın dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət
xadimləri müstəqilliyinin 24-cü ildönümünü qeyd edən Azərbaycanın
öz milli mənəvi dəyərlərinə sahib çıxmasını yüksək
qiymətləndiriblər.
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı