Bakı polisi yollardakı vəziyyəti açıqladı
Bizi izləyin

İqtisadi gündəm

Bakı polisi yollardakı vəziyyəti açıqladı

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakının enişli-yoxuşlu yollarında, xüsusilə Yasamal rayonu ərazisində və areport yolunda qar yağır və duman müşahidə edilir.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, hava şəriti ilə əlaqədar yollarda sürüşmə ehtimalı artır: "Hazırda paytaxtın enişli-yoxuşlu yolları və sərt döngələri nəzarətə götürülüb və vəziyyətlə əlaqədar sürücülərə müraciət edərək bildiririk ki, şəxsi avtomobildən mümkün qədər az istifadə etsinlər və ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Hər birimiz belə havada peşəkar sürücülərin hərəkətinə şərait yaratmalıyıq. Sürücülərə yalnız texniki cəhətdən tamamilə saz vəziyyətdə olan avtomobillərdən istifadə etmələrini tövsiyə edirik".

V.Əsədov həmçinin sürücülərə sürət həddini minimumuma endirməyi, ara məsafəsini isə normadan artıq saxlamağı tövsiyə edib: "Əyləc sistemindən istifadə edilməsi avtomobilin sürüşüməsinə səbəb olar ki, bu da yol qəzası deməkdir. Ona görə də yol və meteoroloji şəraiti nəzərə almalarını tövsiyə edirik".

Qeyd edək ki, Azərbaycan sinoptikləri fevralın 23-nə qədər ölkə ərazisində qeyri-sabit, qarlı, çovğunlu hava şəraitinin üstünlük təşkil edəcəyini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm