2 yumurtadan 1000 qırqovul çıxartdı - FOTO
Bizi izləyin

İqtisadi gündəm

2 yumurtadan 1000 qırqovul çıxartdı - FOTO

Ağstafa rayon sakini əldə etdiyi 2 yumurtadan minə yaxın qırqovul artırıb. Amma düzgün qulluq olunmadığından onlardan yarıya qədəri məhv olub.

Kəpəz televiziyası xəbər verir ki, hazırda öz həyətində bu quşları bəsləyən Vüqar İsayev 50-yə yaxın qırqovulu təbiətə buraxıb.

Fransadan gətirilən quşlar soyuğa davamlı olduğundan qərb bölgəsində onu yetişdirmək o qədər də çətinlik yaratmır.

Gözəllikləri ilə göz oxşayan quşlara Ağstafa ilə yanaşı, qonşu rayonlardan da maraq böyükdür. Əsasən həyətlərdə gözəllik simvolu kimi saxlanılan qırqovulun bir cütü 60-70 manata satılır. V.İsayev daha çox erkək qırqovulun ətindən istifadə edildiyindən onlara marağın böyük olduğunu deyir.

İki qardaşın yaratdığı kiçik təsərrüfatda əsasən qırqovulun qızılı, məxməri, Qafqaz növləri saxlanılır. Dənli bitkilərlə qidalanan bir yaşlı qırqovul 1-1,5 kq çəkiyə malik olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm