İqtisadi gündəm
İlham Əliyev yunan-Roma güləşi üzrə milli komandamızı qəbul edib
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş milli komandamızın üzvlərini qəbul edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham
Əliyev qazanılmış yüksək qələbə münasibətilə idmançıları və Güləş
Federasiyasının üzvlərini təbrik etdi. Prezident İlham Əliyev əldə
edilən bu uğurları milli güləş məktəbinin yüksək zirvədə olmasının
və Azərbaycan Güləş Federasiyasında işlərin səmərəli təşkilinin
nəticəsi kimi dəyərləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki,
dünya və Avropa çempionatlarında, həmçinin Olimpiya Oyunlarında
güləşçilərimizin əldə etdikləri uğurlar uşaqların və gənclərin
idmanın Azərbaycanda ən çox sevilən bu növünə olan marağının daha
da artmasına stimul verir.
Azərbaycanda idmanın inkişafına toxunan Prezident İlham Əliyev
dünya idman ictimaiyyətinin də Azərbaycan idmanına verdiyi yüksək
qiymətdən danışdı. Nüfuzlu beynəlxalq yarışlarda medalların sayının
ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı ölkədə mükəmməl
idman infrastrukturunun yaradılmasının önəmini qeyd etdi. Prezident
İlham Əliyev idmanın dövlət siyasətində mühüm yer tutduğunu və bu
sahənin inkişafı ilə bağlı müxtəlif proqramların ardıcıl olaraq
qəbul edildiyini dedi.
Ölkəmizdə mötəbər idman tədbirlərinin yüksək səviyyədə
keçirildiyini vurğulayan dövlətimizin başçısı bu yaxınlarda Avropa
Olimpiya Komitəsinin Baş Assambleyasının Bakıda keçirilməsini
beynəlxalq idman ictimaiyyətinin Azərbaycana idman ölkəsi kimi
verdiyi önəmin nəticəsi kimi qiymətləndirdi.
Prezident İlham Əliyev qazanılan uğurların bir səbəbinin də ölkənin
bütün idman qurumlarının birgə fəaliyyətindən ibarət olduğunu
əsaslandırdı. Dövlətimizin başçısı dünyanın ən güclü güləşçilərinə
qalib gələrək yunan-Roma güləşi üzrə dünya kubokunu qazanmalarının
bütövlükdə idmançılarımızın komanda şəklində gücünün göstəricisi
olduğunu vurğuladı. Prezident İlham Əliyev güləşçilərimizin İranda
qazandıqları uğurları bu il Bakıda keçiriləcək Avropa Oyunlarında
və gələn il Rio-de-Janeyroda baş tutacaq Olimpiya Oyunlarında da
təkrar edəcəklərinə ümidvar olduğunu dedi.
Milli komandanın üzvü Rafiq Hüseynov və böyük məşqçi Nurəddin
Rəcəbov qazanılan uğurların təməlində idmana dövlət qayğısının
durduğunu söylədilər və buna görə də dövlətimizin başçısına
minnətdarlıqlarını bildirdilər.
Prezident İlham Əliyev bildirdi ki, əldə edilən qələbələr
Azərbaycan dövlətinin və xalqının gücünü göstərməklə yanaşı, həm də
Azərbaycan gənclərinin istedadını və Vətənə sədaqətini bir daha
nümayişi etdirdi.
Sonda xatirə şəkli çəkdirildi.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye