Xocalı soyqırımının tanınması üçün Ukrayna parlamentinə müraciət edildi
Bizi izləyin

İqtisadi gündəm

Xocalı soyqırımının tanınması üçün Ukrayna parlamentinə müraciət edildi

Azərbaycan Ukrayna Beynəlxalq Alyansı Xocalı soyqırımının tanınması üçün Ukrayna parlamentinə müraciət edib.

Alyansın sədri Elmar Məmmədov Trend-ə bildirib ki, müraciətdə qeyd olunub ki, ABŞ-ın bir neçə ştatı, Pakistan, Kolumbiya, Meksika, Bosniya və Herseqovina, Çexiya və digər ölkələrin parlamentləri Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanıyıb: "Ukrayna və Azərbaycan arasında strateji münasibətlər mövcuddur. Hesab edirik ki, erməni vəhşiliyinin dünyada təbliği üçün Ukrayna parlamenti də Xocalıda çox ağır cinayət törədilməsi faktını tanımalıdır".

E.Məmmədovun sözlərinə görə, müraciətdə qeyd olunub ki, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir:

Müraciətdə daha sonra qeyd olunub: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm