İqtisadi gündəm
“Yol hərəkəti haqqında” qanuna dəyişikliklə bağlı FƏRMAN
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1178-IVQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.
Publika.az-ın “AzərTAc”a istinadən məlumata görə, dövlət başçısı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu
bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2015-ci il 2 fevral tarixli 1178-IVQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini
təmin etmək məqsədi ilə qərara alıb:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa
“Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan
nasazlıqların Siyahısı” adlı 1 saylı Əlavənin yol hərəkətinin
təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində müasir
beynəlxalq norma və standartlara uyğun, azsaylı və aydın meyarlar
əsasında hazırlanmış və sadələşdirilmiş yeni redaksiyasını beş ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin.
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il
22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə
459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12,
maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4,
maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə
510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014-cü il, № 9, maddə
1043; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral
tarixli 448 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. dördüncü abzasdan “, 85-1-ci maddəsinin 1-ci, 3-cü
hissələrində, 4-cü hissəsində (hər iki halda), 5-7-ci, 9-cu
hissələrində, 11-ci hissəsində (hər üç halda) və 13-cü hissəsində,”
sözləri çıxarılsın;
3.2. beşinci abzasda “cümləsində” sözündən sonra “və 84-cü
maddəsinin 6-1-ci bəndində” sözləri əlavə edilsin;
3.3. iyirmi yeddinci abzasın sonunda nöqtəli vergül işarəsi nöqtə
işarəsi ilə əvəz olunsun və iyirmi səkkizinci abzas ləğv
edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2015-ci il.
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...