İqtisadi gündəm
Azərbaycanlılar Ermənistan səfirliyinin girişini bağladı - FOTO/VİDEO
Fevral ayının 26-da Polşanın paytaxtı Varşava şəhərində Ermənistanın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Axar.az xəbər verir ki, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu və Dünya Azərbaycanlıları Konqresi Polşa Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan aksiyada 50 nəfər iştirak edib. Ermənistan səfirliyinə girişi bağlayan etirazçılar dörd dildə – Azərbaycan, rus, ingilis və polyak dillərində şüarlar səsləndirib, Xocalı soyqırımının tanıdılması ilə bağlı çağırışlar edib və işğalçı Ermənistan hakimiyyətini ifşa edən bəyanat yayıblar. Etiraz aksiyasında çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov Xocalı soyqırımı barədə danışıb, Serj Sarkisyan, Robert Köçəryan və Seyran Ohanyanın qanun qarşısında cavab verməli olduqlarını bildirib və beynəlxalq ictimaiyyətin Xocalı soyqırımını tanımasını tələb edib.
Bir saat davam edən aksiya insidentsiz başa çatıb, təşkilatçılar aksiyanın qətnaməsini səfirliyə təqdim edib və sonda Azərbaycanın Dövlət himnini səsləndiriblər.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom