
Rusiyanın "Rossiya 24" telekanalı Xocalı soyqırımının 23
illiyinə həsr edilmiş videoçarx hazırlayıb.
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı
ilə “Xocalıya ədalət” şüarı altında keçirilən yürüş Xocalı
abidəsinin önündən start götürüb və Dənizkənarı Milli Parkda başa
çatıb.
Yürüşdə 3 mindəndən çox gənc iştirak edib. Yürüş iştirakçıları
Azərbaycan himnini səsləndiriblər.
Aksiya işıq saçan fənərlərin səmaya buraxılması ilə başa çatıb.