İqtisadi gündəm
Sabah çətiri unutmayın!
Martın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava
şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz olacaq, lakin gün
ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı
var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata
görə, şimal-qərb küləyi 7-12 m/s, gündüz arabir 15 m/s təşkil
edəcək. Havanın temperaturunun gecə 4-6°, gündüz 7-10° isti, Bakıda
gecə 3-5°, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi
norma daxilində 762 mm civə sütunu, nisbi rütubət 75-85 %
olacaq.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 0-5° isti, dağlıq ərazilərdə 1-6° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında səhər və axşam bəzi yerlərdə duman olacağı, çiskinli
yağış yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s,
temperatur gecə 0-5°, gündüz 7-12° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, Qərb küləyi
5-10 m/s təşkil edəcək. Havanın temperaturunun gecə 3° şaxtadan
2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, yüksək
dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 1-6° isti olacağı
gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz
keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam
isə az yağış yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s təşkil
edəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında səhər bəzi yerlərdə çiskinli, axşam isə yağış yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3-6°, gündüz 8-12° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 4-8° isti olacağı gözlənilir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!