İlham Əliyev Bolqarıstan Prezidentini təbrik edib
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev Bolqarıstan Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rosen Plevneliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Bolqarıstanı möhkəm dostluq münasibətləri birləşdirir. İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bolqarıstana tezliklə edəcəyim səfərin ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcəyinə şübhə etmirəm".

İlham Əliyev Rosen Plevneliyevə möhkəm cansağlığı, işlərində uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm