
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı məktubu göndərib.
Publika.az-ın “AZƏRTAC”-a istinadən verdiyi
məlumata görə, məktubda deyilir:
Hörmətli cənab Prezident,
Ölkənizin şimal-şərq bölgəsində baş vermiş təbii fəlakət
nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni
olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və
yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan
xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və
xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!