İqtisadi gündəm
İlham Əliyev Sloveniya parlamenti Milli Şurasının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Sloveniya Respublikası parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az-ın AZƏRTAC-a istinadən məlumatına görə,
Milli Şuranın sədri Mitya Bervar Sloveniya Respublikasının
Prezidenti Borut Pahorun salamlarını dövlətimizin başçısına
çatdırdı.
Görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli münasibətlərin
səviyyəsinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi sahədə
razılıq doğurduğu bildirildi, əlaqələrimizin genişləndirilməsində
yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu. Sloveniya
Respublikası parlamenti Milli Şurasının sədri Mitya Bervarın
başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin
ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi işinə
xidmət edəcəyinə əminlik ifadə olundu.
Dövlətimizin başçısı Prezident Borut Pahorun salamlarına görə
minnətdarlığını bildirdi, onun da salamlarını Sloveniya dövlətinin
başçısına çatdırmağı xahiş etdi.
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO