• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İlham Əliyevin Sofiyada rəsmi qarşılanma mərasimi olub

İlham Əliyevin Sofiyada rəsmi qarşılanma mərasimi olub

Bolqarıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 4-də Sofiyanın Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.


Azərbaycanın və Bolqarıstanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Bolqarıstan Prezidenti Rosen Plevneliyev qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.


Hərbi orkestrin ifasında Azərbaycanın və Bolqarıstanın dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident İlham Əliyev Bolqarıstan əsgərlərini salamladı.


Bolqarıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Prezident Rosen Plevneliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edib.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoydu.

AZƏRTAC

Xəbər lenti

DAHA ÇOX XƏBƏR