Bir qrup qadına fəxri ad verildi
Bizi izləyin

İqtisadi gündəm

Bir qrup qadına fəxri ad verildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.


Dövlət başçısı Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verib:

“Xalq Artisti”

Hacıyeva-Naylor Fidan Hacı Ağa qızı

“Əməkdar Müəllim”

Əhədova Mətanət Məcnun qızı

Kazımzadə Elmina Mobil qızı

Musayeva Bella Sirac qızı

Mustafayeva Mehriban İsa qızı

“Əməkdar Həkim”

Ağazadə Cəmilə Əyupovna

“Əməkdar Mədəniyyət İşçisi”

Abbaslı Elmira Mikayıl qızı.


AZƏRTAC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm