İraq və Suriyada 210 azərbaycanlı döyüşür – deputatdan ŞOK AÇIQLAMA
Bizi izləyin

İqtisadi gündəm

İraq və Suriyada 210 azərbaycanlı döyüşür – deputatdan ŞOK AÇIQLAMA

“Məndə olan məlumata görə, Suriya və İraqda Azərbaycandan 210 nəfər adam muzdlu kimi döyüşür”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, deputat Zahid Oruc bildirib.

Onun sözlərinə görə, belə bir məlumatı İsveçrə təşkilatı yayıb. Z.Oruc deyib ki, Suriya və İraqda döyüşən azərbaycanlıların sayı daha fərqli ola bilər: “Müharibə və real döyüş əməliyyatları gedən, hər gün terrorun insan həyatına son qoyduğu məkanda kiminsə belə bir statistik rəqəmlər ortaya qoyması da bir qədər çətindir.

Ancaq ölkələrin rəsmi açıqlamalarına görə, Səudiyyə Ərəbistanından 8, İordaniyadan 2, Yəməndən və digər Ərəb ölkələrindən 2 və Çeçenistandan 2 minə qədər, xristian ölkələrindən də kifayət sayda adam Suriya və İraqda döyüşürlər. Azərbaycandan isə 210 nəfər olduğu bildirilir. Yəqin ki, bu rəqəmlər İraq və Suriya mənbələrinə əsaslanaraq verilib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm